Hökumət başçıları Tacikistanda toplanır

Hökumət başçıları Tacikistanda toplanır
  29 May 2015    Oxunub:1684
Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin hökumət başçılarının növbəti iclası oktyabrın 30-u Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Tacikistan hökumətinin sədri Kohir Rasulzoda bildirib.

“Şuranın növbəti iclasının oktyabrın 30-u Düşənbədə keçirilməsinə razılıq verdikləri üçün öz həmkarlarıma təşəkkürümü bildirmək istəyirəm. Mən böyük məmnuniyyətlə sizin hamınızı Tacikistanın paytaxtına dəvət edirəm və sizi əmin edirəm ki, Düşənbədə olmanız və işləməyiniz üçün ən yaxşı şəraiti yaratmaq istiqamətində mümkün olan hər şeyi edəcəyik”, - deyə Rasulzoda MDB Hökumət başçıları Şurasının iclasında vurğulayıb.

Qeyd edək ki, bu gün Qazaxıstanda MDB Hökumət Başçıları Şurasının iclası keçirilir. MDB ölkələri baş nazirləri maliyyə -iqtisadiyyat məsələlərinin həll edilməsi istiqamətində birgə addımlar planının müzakirə edəcəyi planlaşdırılır. İclasda ümumilikdə, 20 sənədə baxılacağı planlaşdırılır.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti