Vin Dizel: `Forsaj 8` Nyu-Yorkda çəkiləcək

Vin Dizel: `Forsaj 8` Nyu-Yorkda çəkiləcək
  29 May 2015    Oxunub:3012
“Forsaj” franşizasının 8-ci filmində hadisələr Nyu-York şəhərində cərəyan edəcək.
AzVision..az “BBC”yə istinadən xəbər verir ki, bu barədə franşizanın əsas qəhrəmanı Vin Dizel öz “İnstagram” səhifəsində foto paylaşıb.

“Forsaj” franşizasının sayca 8-ci filmi 14 aprel 2017-ci il tarixində kinoteatrlarda nümayiş etdiriləcək.



Qeyd edək ki, franşizanın sonuncu filmi “Forsaj 7” filmi dünya kinoteatrlarında 1 milyard dollardan çox gəlir götürüb. Bu nəticə ilə “Forsaj 7” dünya kino tarixində növbəti rekorda imza atıb. Daha əvvəl “Avatar” və “Harri Potter və ölüm hədiyyələri” filmləri analoji məbləği 19 gün ərzində əldə etmişdi.

“Forsaj 7” filmi həmçinin “Universal” studiyasının 1 milyard dollardan çox gəlir əldə edən ilk filmidir. Hesablamalara əsasən film ümumilikdə öz yaradıcılarına 1,5 milyard dollar gəlir gətirib.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti