Blatter beşinci dəfə FİFA prezidenti seçildi

Qeyd edək ki, Sürixdə FİFA-nın yeni prezidentinin seçkiləri keçirilib. Federasiyanın rəhbəri postu uğrunda indiki prezident Yozef Blatter və İordaniya şahzadəsi Əli bin əl-Hüseyn mübarizə aparıb.
Səsvermə FİFA-da korrupsiya qalmaqalı və təşkilatın bir sıra yüksək vəzifəli məmurlarının həbsi fonunda keçirilib.
ABŞ başda olmaqla, Y.Blatterin əleyhdarları onun beşinci müddətə seçilməsinə imkan verməyəcəklərini gizlətmirdilər.