Putin FİFA prezidentini təbrik etdi

Putin FİFA prezidentini təbrik etdi
  30 May 2015    Oxunub:1525
Rusiya prezidenti Vladimir Putin Yozef Blatterə teleqram göndərərək onu Beynəlxalq Futbol Federasiyasına (FİFA) yenidən prezident seçilməsi münasibətilə təbrik edib.
AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

“Putin Blatterin təcrübəsinin, professionallığının və yüksək nüfuzunun bundan sonra da futbolun coğrafiya və populyarlığının genişlənməsinə yardım edəcəyinə əminliyini bildirib”, - deyə Peskov vurğulayıb.

Onun sözlərinə görə, Moskva ümumilikdə FİFA ilə birgə əməkdaşlığın davam etdirilməsində maraqlıdır.

Putin, həmçinin vurğulayıb ki, Rusiya 2018-ci il Futbol üzrə Dünya Çempionatını uğurla həyata keçirilməsi üçün əlindən gələni etməyə hazırdır.

Qeyd edək ki, ötən gün Sürixdə FİFA-da prezident seçkiləri keçirilib.

Federasiyanın rəhbəri postu uğrunda indiki prezident Yozef Blatter və İordaniya şahzadəsi Əli bin əl-Hüseyn mübarizə aparıb.

Yozef Blatter beçinci dəfə FİFA prezidenti seçilib.

İordaniya şahzadəsi Əli bin əl-Hüseyn ikinci turda iştirakdan gözlənilmədən imtina edib.

Səsvermə FİFA-da korrupsiya qalmaqalı və təşkilatın bir sıra yüksək vəzifəli məmurlarının həbsi fonunda keçirilib.

ABŞ başda olmaqla, Y.Blatterin əleyhdarları onun beşinci müddətə seçilməsinə imkan verməyəcəklərini gizlətmirdilər.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti