Məktəblərdə psixoloqların sayı artırılmayacaq

Məktəblərdə psixoloqların sayı artırılmayacaq
  31 May 2013    Oxunub:1397
Məktəblərdə psixoloq ştatının artırılması məsələsi hazırda Təhsil Nazirliyinin müzakirə mövzusu deyil.
Bu barədə Təhsil Nazirliyinin mətbuat xidməti AzVision.az-ın sorğusuna cavab olaraq bildirib.

Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 №-li qərarına əsasən ümumi orta və tam orta məktəb, lisey və gimnaziyalara bir vahid psixoloq ştatı verilir. Ümumi təhsil müəssisələrində psixoloq ştatının artırılması ilə bağlı məsələ Təhsil Nazirliyində müzakirə mövzusu deyil.

Qeyd edək ki, bir müddət əvvəl məktəblərdə psixoloqların sayının artırılması ilə bağlı xəbər yayılmışdır.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti