Magistraturaya qəbul planı açıqlandı

Magistraturaya qəbul planı açıqlandı
  31 May 2013    Oxunub:1051
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 2013/2014-cü tədris ili üçün qəbul planı təsdiq edilib
Bu barədə AzVision.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat veriblər. Məlumata görə, Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 2013/2014-cü tədris ili üçün qəbul planı təsdiq edilib.

Qəbul planında yerlərin sayı 6794, dövlət sifarişi üzrə yerlərin sayı 2319, Azərbaycan bölməsi üzrə yerlərin sayı 4504, rus bölməsi üzrə yerlərin sayı 674, birgə müsabiqə yerlərinin sayı 1616 – dır.

Qəbul planı əvvəlki tədris ili ilə müqayisədə 12.84% artmışdır. Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılan plan yerləri, dövlət sifarişinin proqnozu “Magistr” xüsusi buraxılışının 4-cü sayında dərc olunacaq.


Teqlər:





Xəbər lenti