Azərbaycan “Şərq Tərəfdaşlığı”ndan ayrılsın -Ukrayna

Azərbaycan “Şərq Tərəfdaşlığı”ndan ayrılsın -Ukrayna
  31 May 2015    Oxunub:4488
"Şərq Tərəfdaşlığı" siyasətinə yenidən baxılmalı və Azərbaycan, Ermənistan və Belarusu ondan ayırmaq lazımdır.

AzVision.az xəbər verir ki, bunu Ukraynanın Avropa İttifaqı yanındakı nümayəndəliyinin rəhbəri Konstantin Yeliseyev deyib. O, fikrini belə əsaslandırıb:

"Mənə elə gəlir ki, üç ölkə – Ukrayna, Gürcüstan və Moldovanı Ermənistan, Azərbaycan və Belarusdan ayırmağın vaxtı çatıb. Biz bunu Riqa sammitində etməyə çalışdıq, yeri gəlmişkən biz Ukrayna, Moldova və Gürcüstanla bağlı üçtərəfli bəyanatı, yəni, dəqiq ayırmanı razılaşdırmışdıq".


Teqlər:  





Xəbər lenti