Yaponiya yenidən silkələndi

Yaponiya yenidən silkələndi
  31 May 2015    Oxunub:1754
Yaponiyada 8,5 bal gücündə güclü zəlzələ baş verib.
AzVision.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Yeraltı təkanlar bir neçə dəqiqə paytaxt Tokioda hiss olunub. NHK telekanalının məlumatına görə, təkanların gücü Yaponiyanın 7 ballıq cədvəlinə əsasən 5 bal təşkil edib.

Məlumata görə, zəlzələnin episentri Sakit okeanda Oqasavara adası yaxınlığında olub. Zəlzələ ilə əlaqədar sunami xəbərdarlığı elan olunmayıb. Dağıntılar və itki barədə məlumat yoxdur.

Güclü yeraltı təkanlar ölkənin bütün ərazisində hiss olunub.


Teqlər:  





Xəbər lenti