ABŞ polisi daha bir qaradərilini öldürdü

ABŞ polisi daha bir qaradərilini öldürdü
  31 May 2015    Oxunub:1216
ABŞ-ın Nyu Cersi ştatında polis əməkdaşları ictimai kitabxanada qaradərili şəxsi qətlə yetiriblər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insidentə səbəb polis əməkdaşları və vətəndaş arasında yaranan mübahisə olub.

“Guardian” nəşri yerli polis rəisi Ceyms Okonnora istinadən bildirir ki, öldürülən Kevin Allen adlı şəxs barəsində məhkəmənin qərarı ilə verilən sınaq müddətinin şərtlərini pozduğuna görə axtarışda olub.

Məlumata görə, polis zabiti kitabxanaya daxil olan Kevin Alleni tanıyıb və həmkarı ilə birlikdə onu saxlamağa cəhd edib. Lakin K.Allen bıçaq çıxararaq polislərə müqavimət göstərib.

“Kevin Allen özünü aqressiv apardığından polis əməkdaşları silahdan istifadə etmək məcburiyyətində qalıblar”, deyə polis rəisi bildirib.

Xəstəxanaya çatdırılan yaralı orada keçinib. Polis əməkdaşlarının xəsarət almadığı bildirilir.

İnsidentlə bağlı araşdırma davam edir, insidentin şahidləri dindirilir.


Teqlər:





Xəbər lenti