İŞİD-dən amansız plan: uşaqları qaçırır ki…

İŞİD-dən amansız plan: uşaqları qaçırır ki…
  31 May 2015    Oxunub:2117
İŞİD terror qruplaşması İraqda yüzlərlə uşağı qaçırıb.
İŞİD silahlıları İraqın Ənbar vilayətinin qərbində yerləşən Ər-Ratba, Əl-Qaim, Anə, Ravə şəhərlərindən olan 400 uşağı yığaraq həmin ölkədəki və Suriyadakı qərargahlarına aparıblar. Bu barədə Ənbar vilayəti məclis üzvü Fərhan Muhamməd xəbər verib.

O bildirib ki, İŞİD silahlıları nəzarət altında saxladıqları yerlərdləki bütün uşaqları terror aktlarında istifadə edə biləcəkləri barədə xəbərdarlıq da ediblər.

Uşaqların qaçırılması barədə xəbəri Diyala vilayəti polis idarəsi müdiri casim əs-Sadidi də təsdiqləyib. O da uşaqların Suriyaya keçirilərək, canlı bomba kimi hadisələrinn mərkəzinə atıla biləcəyindən ehtiyat etdiyini dilə gətirib. (Ans)


Teqlər:





Xəbər lenti