Con Kerri qəzaya düşdü, ayağı sındı

Con Kerri qəzaya düşdü, ayağı sındı
  31 May 2015    Oxunub:3685
ABŞ-ın dövlət katibi Con Kerri İsveçrənin Syünze şəhərində velosiped qəzasına düşüb.
Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi məlumat verib.

`Dövlət katibinin vəziyyəti stabildir. Qəza nəticəsində o huşunu itirməyib`.

Bildirib ki, qəzadan sonra Kerri xəstəxanaya yerləşdirilib. Kerriyə hadisə yerində ilkin tibbi müdaxilə göstərildikdən sonra İsveçrənin Cenevrə şəhərindəki "Geneva University Hospital" xəstəxanasına çatdırılıb. Onun Cenevrədə yerləşən xəstəxanaya aparılması üçün hellikopter tələb olunub. Kerrinin burada nə qədər qalacağı barədə məlumat verilməyib.

Hal-hazırda həkimlər Kerrinin müalicəsini davam etdirirlər. İlkin məlumatlara görə, qəza nəticəsində Kerrinin ayağı sınıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti