Putinin yeni "qara siyahısı`

Putinin yeni "qara siyahısı`
  31 May 2015    Oxunub:3301
Kremlin son addımı - 89 deputat və nazirin Rusiyaya gəlişinə qadağa qoyması Avropada böyük tənqidlə üzləşib.

Avropa Birliyinin xarici siyasət idarəsinin başçısı Federika Mogerini Rusiya hakimiyyətinin bu davranışını əsassız sayıb. Onun fikrincə, Moskva bəzi siyasətçilərin bu ölkəyə girişinə qadağa qoymasının səbəbini dəqiqiləşdirməyib.

“Qara siyahı” Rusiya 2014-cü ilin martında Ukraynada hökumətlə separatçılara arasında qarşıdurma gücləndikdən və Krımı ilhaq edəndən sonra - Qərblə münasibətləri gərginləşən zaman ortaya çıxıb. Avropa Birliyi (AB) Rusiya və Ukraynanın 151 vətəndaşına sanksiya qoyub, bank hesablarını dondurub və AB üzvü ölkələrinə giriş qadağan edilib.

Rusiya Xarici İşlər Nazirliyi siyahının AB ölkələrinə göndərməsini rəsmən təsdiqləyib. Bura Rusiya prezidenti Vladimir Putini və onun Ukrayna münaqişəsində rolunu tənqid edən Avropa parlamentinin keçmiş və indiki üzvləri - nazirlər daxildir.

Avropa ölkələri əvvəl də belə bir siyahının olmasını güman edirdilər, xüsusən də son aylarda Rusiyaya bəzi siyasətçilərin girişinə qadağa qoylmasından sonra. Avropa Parlamentinin sədri Martin Şultsun fikrincə, Kremlin “qara siyahı”sı qarşılıqlı etimadın azalmasına yol açır.

Almaniya hakimiyyəti Rusiyadan izahat tələb edib və hesab edir ki, adları siyahıya salınanların bunun səbəbini bilmək hüququları var və bu yöndə hüquqi addımlar atmağa hazırlaşırlar.

Almaniyanın xarici işlər naziri Ukraynada olarkən deyib ki, Moskvanin siyahısı Ukrayna ətrafındakı münaqişənin həllinə yardım etməyəcək.

Böyük Britaniya xarici işlər naziri bildirib ki, Rusiya sanksiyaların ləğvi yönündə AB-yə təzyiqləri davam etdirəcəksə bu əks-effekt verəcək.

İsveç də siyahıyla bağlı izahat tələb edib və bunun Rusiyanın imicini yaxşılaşdırmayacağını deyib.

Finlandiya xarici işlər naziri Moskvanın addımlarında “böyük sürpriz” görmədiyini və bu addımın tamamən gözlənilən olduğunu bildirib.



Teqlər:





Xəbər lenti