Film kimi qətl: əvvəl sevgilisi, sonra babası...

Film kimi qətl: əvvəl sevgilisi, sonra babası...
  01 İyun 2015    Oxunub:1921
ABŞ-ın Ohayo ştatında qanlı atışma baş verib.
AzViion.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Klivlent şəhərində baş verən atışma nəticəsində üç nəfər ölüb, bir nəfər isə yaralanıb.

Hadisə ötən gün gecə saatlarında baş verib. Polisin məlumatına görə, 29 yaşlı silahlı şəxs şəhərin qərbində evlərdən birinə daxil olaraq 24 yaşlı sevgilisini, həmçinin onun 63 yaşlı babasını öldürüb, sonra isə intihar edib.

Evə daxil olmaq istəyən şəxsə mane olmaq istəyən qızın nənəsi isə başından yaralanıb. Hazırda 60 yaşlı qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

“İlkin ehtimallara görə, hadisəyə səbəb kişi və onun sevgilisi arasında mübahisə olub”, - deyə polis şefinin müavini Ed Tomb vurğulayıb.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti