Yeni Azərbaycan Partiyası V Qurultaya hazırdır

Yeni Azərbaycan Partiyası V Qurultaya hazırdır
  31 May 2013    Oxunub:1155
Qurultaya 750-dən çox nümayəndə seçilib.
Partiyanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, YAP-ın növbəti - V Qurultayının iyunun 7-də keçirilməsi nəzərdə tutulur.

Qurultaya hazırlıq məqsədi ilə partiyanın 83 rayon və şəhər təşkilatında konfranslar keçirilib və Qurultaya 750-dən çox nümayəndə seçilib. Qurultay nümayəndələrinin 180 nəfərindən çoxunu gənclər, təxminən 180 nəfərini isə qadınlar təşkil edir.

Qurultayda 2013-cü ilin prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi təsdiq olunacaq.

Qeyd edək ki, keçirilmiş bütün konfranslarda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin 2013-cü il prezident seçkilərində namizədliyinin irəli sürülməsi tövsiyə edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti