Moskvada azərbaycanlı güllələndi

Moskvada azərbaycanlı güllələndi
  01 İyun 2015    Oxunub:2446
Rusiyanın Moskva vilayətində 48 yaşlı Qurban Mirzə oğlu Batırxanov güllələnib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə Krasnoqorsk rayonunda baş verib.

Gürcüstan vətəndaşı olan Batırxanov “Mcdonalds” restoranından çıxaraq öz avtomobili istiqamətinə gedib. Elə bu an ona taksi yaxınlaşıb. Taksidə olan killer “Makarov” tipli tapançadan 7 dəfə Batırxanova atəş açıb. Daha sonra taksi hadisə yerindən uzaqlaşıb. Batırxanov hadisə yerində keçinib.

Hüquq mühafizə orqanları əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində Batırxanovun cinayət yeri yaxınlığında aşkarlanıb. O, heç yerdə işləməyib, daşıma işi ilə bağlı məşğul olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti