ABŞ-dan Azərbaycanla bağlı önəmli qətnamə

ABŞ-dan Azərbaycanla bağlı önəmli qətnamə
  02 İyun 2015    Oxunub:1978
Texas Ştatı Azərbaycanın Respublika Gününü rəsmi qətnamələr vasitəsilə təbrik edən bir sıra digər ABŞ ştatlarına qoşulub.
Azərbaycanın ABŞ-dakı səfirliyindən AzVision.az-a verilən məlumata görə, Texas ştatının Senatı və Nümayəndələr Palatasında Azərbaycan Demokratik Respublikasının (Azərbaycan Xalq Cümhuriyyətinin) yaranmasının 97-ci ildönümünə həsr olunmuş qətnamələr qəbul edilib. Hər iki Palatada yekdilliklə qəbul olunmuş bu qətnamələrdə, 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikasının müsəlman dünyasının ilk demokratiyası olduğu, 1991-ci ildə müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikasının onun davamçısı olduğu qeyd edilib.

ABŞ-ın sadiq dost və tərəfdaşı və mürəkkəb, geosiyasi baxımdan olduqca mühüm bir regionda sabit demokratik dövlət olduğu vurğulanıb. Azərbaycanın regional sabitliyinin qorunmasında müstəsna rolu qeyd edilib, terrorçuluğa qarşı mübarizə və enerji təhlükəsizliyi sahələrində önəmli tərəfdaş olduğu vurğulanıb.

Həmçinin Bakı şəhəri ilə qardaşlaşmış olan Texasın Hyuston şəhərində yaşayan Azərbaycan icmasının bir çox sahədə, o cümlədən mədəniyyətlərarası anlaşma və mədəni müxtəlifliyə verdiyi töhfəsi qeyd olunub.

Xatırladaq ki, bir neçə gün əvvəl Texas Senatı və Nümayəndələr Palatası yerləşən binada Azərbaycanın Respublika Gününə həsr olunmuş ziyafət keçirilib.


Teqlər:





Xəbər lenti