Dəhşətli gəmi qəzası: 450 nəfər itkin düşüb

Dəhşətli gəmi qəzası: 450 nəfər itkin düşüb
  02 İyun 2015    Oxunub:2193
Çində Yanszı çayında “Şərq ulduzu” adlı teploxod batıb.
AzVision.az “Sinxua” agentliyinə istinadən xəbər verir ki, gəmi batan zaman onun göyərtəsində 458 nəfər olub.

Xilas olmağa imkan tapan gəmi kapitanı və baş mühəndisin sözlərinə görə, gəmi güclü qasırğaya düşüb. Gəmi tez bir zamanda batıb.

Kapitan bildirib ki, gəminin göyərtəsində 47 ekipaj üzvü, 405 sərnişin və 5 tur agentliyi işçisi olub.

Teploxod Nankin şəhərindən Cunçin şəhərinə hərəkət edirmiş.

Hazırda hadisə yerində xilasetmə işləri aparılır. Son məlumatlara görə, 8 nəfər xilas edilib.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti