Putinin pələngi kino ulduzu oldu

Putinin pələngi kino ulduzu oldu
  02 İyun 2015    Oxunub:2412
Ötən il Rusiya prezidenti Vladimir Putin tərəfindən azadlığa buraxılan Kuzya ləqəbli Amur pələngi avstraliyalı kinematoqrafçılar tərəfindən çəkilən “Putin pələnginin izi ilə” filminin baş qəhrəmanı olub.
AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Feniks” ekoloji fonunun rəhbəri Sergey Bereznyuk bildirib.

“Ekran işi Çində böyük maraq doğurub”, - deyə Bereznyuk bildirib. Filmin nümayişindən əldə olunan gəlirin bir hissəsi (519) dollar ianə kimi “Feniks” fondunun hesabına köçürülüb. Bu vəsait Amur pələngləri və uzaq şərq leopardlarının qorunması proqramında istifadə ediləcək.

Filmin süjet xətti – Kuzyanın Çinə səfəri və yerli əhalinin bu cür `qonaqlara` münasibətindən bəhs edir. Pələng 2014-cü ilin payızında Amur çayını keçərək Çin ərazisinə keçib. Lakin ora pələngin xoşuna gəlməyib və bu il o Rusiyaya geri qayıdıb.

İki il əvvəl zəifləmiş halda tapılan və reabilitasiya mərkəzində böyüdülən pələng balaları hazırda Priamuriya ərazisində yaşayır. Onlar 2014-cü ilin may ayında Putinin səfəri zamanı vəhşi təbiətə buraxılıblar.

Xüsusi boyunluqlar peyk vasitəsilə heyvanların yerdəyişməsini izləməyə imkan verir. İlk vaxtlarda Boris ləqəbli pələngin ov etməklə bağlı çətinlikləri var idi və idarə əməkdaşları onu ət tikələri ilə yemləyirdilər. Lakin sonrada Boris digər pələnglər kimi ov etməyə başlayıblar.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti