8 azərbaycanlı Gürcüstandan sığınacaq istəyib

8 azərbaycanlı Gürcüstandan sığınacaq istəyib
  02 İyun 2015    Oxunub:1987
Bu ilin yanvarından aprel ayına qədər 717 xarici vətəndaş Gürcüstandan sığınacaq istəyib.
AzVision.az `Sputnik Qruziya`ya istinadən xəbər verir ki, sığınacaq istəyən xaricilərdən 8-i Azərbaycan vətəndaşıdır.

Gürcüstan DİN-in yaydığı məlumata görə, bu ölkədən ən çox sığınacaq istəyən şəxslər İraq vətəndaşlarıdır. Onlardan 202-i kişi, 82-i isə qadındır.

İkinci pillədə isə Ukrayna qərarlaşıb. İlin əvvəlində 263 Ukrayna vətəndaşı sığınacaq almaq məqsədilə Gürcüstana müraciət edib ki, onlardan 167-i qadın, 96-ı isə kişidir.

Siyahıda üçüncü və dördüncü pillələri müvafiq olaraq İran (15 kişi və 13 qadın) və Rusiya (17 kişi və 11 qadın) vətəndaşları tutur.

Cənubi Qafqaz ölkələrinə gəldikdə isə, dörd Ermənistan və 8 Azərbaycan vətəndaşı Gürcüstandan sığınacaq almaq məqsədilə müvafiq icazə istəyib.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti