Ermənilərin xərcini kim ödəyəcək? - VİDEO

Ermənilərin xərcini kim ödəyəcək? - VİDEO
  02 İyun 2015    Oxunub:2257
Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək Ermənistan nümayəndə heyəti öz xərclərini özləri ödəyəcək.
Bu barədə “Bakı 2015”in Əməliyyatlar üzrə Baş direktoru Saymon Kleq jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, Ermənistandan Bakı-2015 də iştirak etmək üçün gələn nümayəndə heyəti təsdiqlənsə də, bu ölkənin atletlərinin sayı hələ ki məlum deyil. "Lakin onu deyə bilərəm ki, Ermənistanın nümayəndə heyəti öz xərclərini özləri ödəyəcəkləri barədə məlumat verdilər və mən də bunu təsdiqləyirəm”.

Qeyd edək ki, Azərbaycanda keçiriləcək oyunlar Ermənistanda da yayaımlana bilər. S.Kleq bildirib ki, Avropa oyunlarında rəsmi iştirak hüququ 50 Avropa ölkəsinə göndərilərkən Ermənistanın da o siyahıda olub.

Xatırladaq ki, I Avropa Oyunları iyunun 12-dən başlayacaq. Oyunlar ayın 28-dək davam edəcək.




Teqlər:  





Xəbər lenti