Kerri əməliyyat olunacaq

Kerri əməliyyat olunacaq
  02 İyun 2015    Oxunub:1487
Fransada velosiped sürərkən yıxılaraq ayağını sındıran ABŞ dövlət katibi Con Kerri əməliyyat olunmalıdır.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, əməliyyat Bostonda (Massaçusets ştatı) ümumi profilli xəstəxanasında keçiriləcək.

Daha əvvəl ABŞ Dövlət Departamenti bildirmişdi ki, Kerri İŞİD-ə qarşı beynəlxalq koalisiyanın Fransanın paytaxtı Parisdə keçiriləcək iclasına telekonfrans vasitəsilə qatılacaq.

Qeyd edək ki, mayın 31-i ABŞ dövlət katibi Con Kerri İsveçrənin Syünze şəhərində velosiped qəzasına düşüb. Kerriyə hadisə yerində ilkin tibbi müdaxilə göstərildikdən sonra İsveçrənin Cenevrə şəhərindəki "Geneva University Hospital" xəstəxanasına çatdırılıb. Onun Cenevrədə yerləşən xəstəxanaya aparılması üçün hellikopter tələb olunub. Kerrinin burada nə qədər qalacağı barədə məlumat verilməyib.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti