Böyük Britaniya `Qarabağ`ı tanımır

Böyük Britaniya `Qarabağ`ı tanımır
  02 İyun 2015    Oxunub:1361
“Biz qondarma Dağlıq Qarabağ rejimini tanımırıq vә onun nümayəndələri ilә heç bir әlaqәmiz yoxdur".
Bunu Böyük Britaniyanın Azәrbaycandakı sәfiri İrfan Sıddıq separatçı Dağlıq Qarabağ rejimi rәhbәrinin Fransadan sonra Böyük Britaniyaya sәfәr edәcәyi ilә bağlı mәsәlәyә münasibәt bildirәrkәn deyib.

Onun sözlәrinә görә, istәnilәn şəxs Britaniyaya sәfәr etmәk üçün pasport vә viza sәnәdlәri tәqdim etmәlidir: "Britaniya tәrәfindәn tanınan sәnәdlәri tәqdim edәn şәxslәrin sәfәr etmәsinin qarşısını almaq mümkün deyil. Sözügedәn şәxslәrin Britaniyaya sәfәri olsa belә, Britaniya hökumәti ilә heç bir görüşlәri planlaşdırılmayıb".
(Apa)


Teqlər:  





Xəbər lenti