`Avropa Oyunları uğurlu olacaq` -London meri

`Avropa Oyunları uğurlu olacaq` -London meri
  02 İyun 2015    Oxunub:1498
"Azәrbaycanda 5000-ә yaxın Britaniya vәtәndaşı çalışır".
Bunu London şәhәrinin lord-meri Alan Yarrou Bakıda keçirdiyi mәtbuat konfransında deyib.
A. Yarrou Azәrbaycanın Avropa Oyunlarını keçirmәyә hazırlaşdığını qeyd edərək Londonda da Olimpiya Oyunlarının keçirildiyini xatırladıb: “Ümid edirәm ki, Azәrbaycanda keçirilәcәk Avropa Oyunları uğurlu olacaq".

O qeyd edib ki, Azәrbaycan iqtisadiyyatının inkişafını izlәyirlər vә bu inkişaf üçün dәstәk göstәrәcәklər.

A.A.Yarrou dayanıqlı iqtisadiyyata malik Azərbaycanın mövqeyinin beynəlxalq arenada getdikcə gücləndiyini və bu baxımdan Böyük Britaniya şirkətlərinin Azərbaycana sərmayə yatırmaqda maraqlı olduqlarını bildirib. Londonun Lord meri Azərbaycanın kapital bazarında aparılan islahatların bu sahənin gələcəkdə yüksək perspektivli inkişafına zəmin yaradacağına əminliyini ifadə edərək, iki ölkənin fond bazarlarının inteqrasiyasının vacibliyini vurğulayıb


Teqlər:  





Xəbər lenti