19 yaşlı əlaçı tələbə İŞİD-ə qoşuldu - VİDEO

19 yaşlı əlaçı tələbə İŞİD-ə qoşuldu - VİDEO
  03 İyun 2015    Oxunub:2655
Moskva Dövlət Universitetinin tələbəsi olan Varvara Karaulova ailəsindən gizli Türkiyəyə qaçıb.
Valideynlər 19 yaşlı qızlarının İŞİD-ə qoşulduğundan şübhələnirlər. Hazırda Moskva polisi Varvaranın yox olmasını araşdırır. Qızın valideynləri hesab edirlər ki, qızı ekstremistlər aldadıblar. Valideynlərin sözlərinə görə, 19 yaşlı qız həmişəki kimi universitetə oxumağa gedib, amma nəticədə Türkiyədə peyda olub.

"Moskva Dövlət Universitetinə dünən 12:00-də dərsə getdi və indiyə qədər qayıtmayıb. Detallar aydınlaşdı. Varya (Varvara -red) Türkiyəyə apardılar. 28 mayda o İstambulda idi", -deyə sosial şəbəkədə təşvişə düşmüş ata yazıb. Valideynlər qorxurlar ki, qız Suriyaya və ya Liviyaya gedəcək.

"Varya çox xeyirxah və ünsiyyətcil qız idi. Çox yaxşı oxuyur, qızıl medalla məktəbi bitirib. Bir neçə dil bilir. Mən bildiyim qədər, o özünü tamamilə adi aparırdı. Onun evdən qaçması üçün heç bir şübhə yox idi”, – deyə onun xalası Tatyana bildirib.

Karaulova Moskva Dövlət Universitetinin fəlsəfə fakultəsinin 2 kursunda oxuyur və son zamanlar İslam və ərəbşünaslıqla maraqlanırmış. Aydınlaşıb ki, qız özüylə İstambula götürdüyü hicabı valideynlərdən gizlədirmiş. (Ans)




Teqlər:





Xəbər lenti