Türkiyədə deputat olmaq istəyən ermənilər - VİDEO

Türkiyədə deputat olmaq istəyən ermənilər - VİDEO
  03 İyun 2015    Oxunub:1790
Türkiyədə seçki ehtirasının qızşdığı bir ərəfədə bu ölkədən dünyaya rəngli seçki şəkilləri də yayılır. Türkiyə tarixində ilk dəfə olaraq partiyalar ölkədə təmsil olunan milli azlıqların da namizədlərini önə sürərək onların səsini qazanmaq üçün siyasi gedişlər edirlər. Maraqlıdır ki, əksər partiya başda hakim Ədalət və İnkişaf Partiyası olmaqla yanaşı digər namizədlər siyahısında ermənilərin adı qabardılıb.

ANS-in Türkiyə bürosunun məlumatına görə, Türkiyədə parlament seçkiləri üçün indiyə qədər olan ən rəngli təbliğat kampaniyası aparılır. Bu ilki seçkilərin digərlərinə görə daha bir fərqi partiyaların erməni namizədlərini irəli sürməsidir. Seçimlərdə HDP və CHP ilə yanaşı hakim AKP-də erməni kökənli üzvlərini əsas şəhərlərdən namizəd göstərir.

AKP-nin erməni mənşəli namizədi ermənilərin əsas mətbuat orqanı olan “Agos"la tanınan indi isə hakimiyyətə yaxın “Yeni Şəfək” qəzetində çalışan Markar Esayandı.

CHP-nin erməni namizədi Selina Özüzün Doğan isə İstanbuldan millət vəkili seçilməyə cəhd göstərir.

Kürdlərin Xalq Demokratik Partiyasının namizədi Qaro Paylanın şansı da yüksək qiymətləndirilir. Hər üç erməni mənşəli namizədin əsas məqsədi isə Türkiyənin siyasi həyatında erməni vətəndaşların gücünü artırmaqdır.

“Sadəcə erməni olduğum üçün bura çağrıldığımı düşünmürəm. Amma bu mənim şəxsiyyətimin təsdiqinin bir parçasıdır. Eyni zamanda mən erməniliyimə sahib çıxan bir insanam”, – deyə erməni namizəd Markar Esayan qeyd edib.

“Artıq ermənilər də bu cür dəyərləndirəcəklər. Bu əslində şəxsiyyətimizin tanınması uğrunda aparılan bir mübarizədir”, - deyə erməni namizəd Qaro Paylan bildirib.

Erməni namizədi olmayan yeganə partiya isə Milliyətçi Hərəkat Partiyasıdı.

Rəqib partiyaların erməni mənşəli namizədləri önə çəkməsini pisləyən MHP bununla da Türkiyə cəmiyyətində erməni toplumunun daha böyük iddilarına imkan yaradıldıgını beyan edir.

“Seçimlər ərəfəsində hakim Ədalət və İnkişaf Partiyası, eləcə də CHP siyahını ən seçilə biləcək yerlərə erməniləri qoyublar. Məhz bu erməni namizədlər 1915-ci ili qondarma ermən soyqırımı olaraq söyləyən insanlardır”, – deyə MHP millət vəkili Atilla Kaya bildirib.

7 iyunda keçiriləcək parlament seçkilərində ermənilərlə yanaşı Suriyanı, Yezidi, Roman və digər etnik qruplardan olan namizədlər də iştirak edəcək.




Teqlər:





Xəbər lenti