Kerri əməliyyat olundu

Kerri əməliyyat olundu
  03 İyun 2015    Oxunub:1298
Fransada velosiped gəzintisi zamanı ayağını sındıran ABŞ dövlət katibi Con Kerri əməliyyat olunub.
Bu barədə onun həkimi danışıb.

“Əməliyyat yerli narkoz altında və müvəffəqiyyətlə keçdi. Dövlət katibinin əməliyyatı 4 saat davam etdi. Biz onun çərşənbə günü ayağa qalxacağını düşünürük”, – deyə həkim Dennis Byorka bildirib.

Qeyd edək ki, 71 yaşlı Con Kerri ayağını Alp dağlarının Fransa ərazisindəki hissəsində gəzinti zamanı zədələdikdən sonra vertolyotla Cenevrə xəstəxanasına çatdırılmışdı.


Teqlər:





Xəbər lenti