Obama telefonları gizli dinlətdirir

Obama telefonları gizli dinlətdirir
  03 İyun 2015    Oxunub:1603
ABŞ Senatı hökumətə yenə terrorçuluqda şübhəli bilinən şəxslərin telefon danışıqları haqqında məlumat toplamaq icazəsinin verilməsi lehinə səs verib, eyni zamanda müəyyən məhdudiyyətlər tətbiq edilib.

Azadlıq Aktı (The USA Freedom Act) adlanan yeni qanun hökumətin böyük həcmdə məlumat toplamaq səlahiyyətlərinin müddətini uzadır. Bu səlahiyyətlərin müddəti iyunun 1-də bazar ertəsinə keçən gecə başa çatıb.

Vətənpərvərlik Aktı kimi məşhur qanunu onu terrorçuluqla uğurlu mübarizə üçün zəruri hesab edən prezident Barak Obama dəstəkləyib.

Qanunun lehinə 67, əleyhinə 32 senator səs verib. Qanun imzalamaq üçün prezidentə göndərilib.

Məxfi qulaq asma və elektron izləməyə icazə verən Vətənpərvərlik Aktı Birləşmiş Ştatlarda 2001-ci il 11 sentyabr terror aktlarına cavab olaraq qəbul olunub.
Mayın 7-də ABŞ Federal Dairə Apelyasiya Məhkəməsi məxfi məlumatların toplanıb saxlanmasını konstitusiyaya uyğun bilən 2013-cü il qərarını ləğv edib. (BBC)


Teqlər:  





Xəbər lenti