Möhtəşəm final - "Qarabağ" - "Neftçi"

Son dəfə finalda 1996-cı ildə qarşılaşan bu komandaların duelindən “Neftçi” qalib ayrılıb. Paytaxt klubu eyni zamanda kubokun son qalibidir. “Neftçi” ardıcıl 4-cü mövsümdür ki, kubokun finalına yüksəlir. “Qarabağ” isə sonuncu dəfə final həyəcanını 2008/2009-cu ildə yaşayıb ki, məhz həmin il “atlılar” kuboku başı üzərinə qaldırıb.
Qeyd edək ki, "Qarabağ" - "Neftçi" oyunu Qəbələ şəhər stadionunda keçiriləcək və saat 20.00-da başlayacaq
Teqlər: