Azərbaycanlı milyarder xaricdəki biznesini satdı

Azərbaycanlı milyarder xaricdəki biznesini satdı
  03 İyun 2015    Oxunub:5254
Azərbaycanlı milyarder Vahid Ələkbərova məxsus “Lukoyl” şirkəti Estoniyada fəaliyyət göstərən törəmə şirkəti “LUKOIL Eesti AS”-in səhmlərinin 100%-ni satmaq barədə qərar qəbul edib.
Bu barədə AzVision.az “İnterfax” agentliyinə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, “Lukoyl” öz törəmə şirkətinin səhmlərini 100 faizini Estoniyanın “Olerex” yanacaq şirkətinə satıb.

“Lukoyl” şirkətinin Estoniyada səhmlərinin satılması bizim Avropada yanacaq bazarlarının optimallaşdırılması üzrə proqramın bir hissəsidir, - deyə “Lukoyl” şirkətinin vitse-prezidenti Vadimi Vorobyev satış barədə razılaşmanı şərh edərkən bildirib.

“Lukoyl”un Estoniyada 37 yanacaq doldurma məntəqəsi (YDM) var. Müqavilənin dəyəri hələ ki, açıqlanmır. Razılaşma qüvvəyə mindikdən sonra “Olerex” şirkəti Estoniyada ən böyük YDM şəbəkəsi olacaq. Onun YDM-lərin sayı 80-i keçəcək.

Qeyd edək ki, 2014-cü ildə “Lukoyl” Çexiya, Slovaki8ya və Macarıstandakı YDM-ləri satıb.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti