İŞİD və Taliban arasında qanlı toqquşma: 10 ölü

İŞİD və Taliban arasında qanlı toqquşma: 10 ölü
  03 İyun 2015    Oxunub:2622
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlıları Əfqanıstanın şərqində ən azı 10 “Taliban” yaraqlısını edam edib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən taliblər ötən gün Əfqanıstanın Nanqarhar vilayətində qaçıraraq daha sonra edam edib.

Qeyd edək ki, bu iki qruplaşma arasında baş verən ilk belə toqquşma deyil. Belə ki, mayın 24-ü Əfqanıstanın Fərəh vilayətində baş verən toqquşma zamanı hər iki tərəfdən 10 nəfər həlak olub. Bundan əlavə, taliblər 12 İŞİD yaraqlısını da girov götürmüşdülər. Onlardan dördünün qadın olduğu bildirilirdi.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti