10 min İŞİD-çi öldürülüb

10 min İŞİD-çi öldürülüb
  03 İyun 2015    Oxunub:2464
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın son 9 ayda Suriya və İraqda İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı apardığı əməliyyatlar nəticəsində 10 mindən çox yaraqlı məhv edilib.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin birinci müavini Entoni Blinken bildirib.

Blinkenin sözlərinə görə, tərəfdaşlar İŞİD-də qarşı döyüşlərdə böyük inkişafa nail olublar, lakin təşkilat hələ də güclü olaraq qalır.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti