Dəhşətli gəmi qəzasında 26 nəfər öldü

Dəhşətli gəmi qəzasında 26 nəfər öldü
  03 İyun 2015    Oxunub:1773
Çində Yanszı çayında “Şərq ulduzu” adlı teploxod batması nəticəsində ölənlərin sayı 26-ya çatıb.
Bu barədə AzVision.az “Sinxua” agentliyinə istinadən xəbər verir.

Hadisə yerində genişmiqyaslı xilasetmə işləri aparılır. İnsanların böyük əksəriyyəti itkin düşmüş hesab edilir. Hadisə nəticəsində 8 nəfər xilas edilib.

Qeyd edək ki, teploxod batan zaman onun göyərtəsində 458 nəfər olub.

Xilas olmağa imkan tapan gəmi kapitanı və baş mühəndisin sözlərinə görə, gəmi güclü qasırğaya düşüb. Gəmi tez bir zamanda batıb.

Kapitan bildirib ki, gəminin göyərtəsində 47 ekipaj üzvü, 405 sərnişin və 5 tur agentliyi işçisi olub.

Teploxod Nankin şəhərindən Cunçin şəhərinə hərəkət edirmiş.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti