İŞİD liderlərindən biri öldürüldü

İŞİD liderlərindən biri öldürüldü
  04 İyun 2015    Oxunub:1694
“İslam dövləti” (İŞİD) qruplaşmasının liderlərindən biri, terrorçuların “xarici işlər naziri” Məhəmməd Əl-Hələb məhv edilib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, terrorçu Suriyanın Xasaka şəhərində öldürülüb. O, Suriya Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyat zamanı zərərsizləşdirilib.

Xatırladaq ki, apreldə İŞİD qruplaşmasının “müdafiə naziri”, mayda isə “neft naziri” məhv edilib.


Teqlər:  





Xəbər lenti