Putin müharibəyə hazırlaşır

Putin müharibəyə hazırlaşır
  04 İyun 2015    Oxunub:3654
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko parlamentin yuxarı palatasının növbədənkənar iclasının keçirilə biləcəyini bəyan edib.
Matviyenko növbədənkənar iclasın keçirilmə ehtimalının böyük olduğuna görə həmkarlarından uzağa getməməyi xahiş etdiyini bildirib.

"Federasiya Şurasının əlavə, növbədənkənar iclasının keçirilməsini istisna etmirəm. Ona görə də sizdən xahiş edirəm uzağa getməyin, əlaqədə olun. Əgər bununla bağlı qərar qəbul edilərsə, sizə məlumat verəcəyik", - Matviyenko senatorlarla görüşdə deyib.

Xatırladaq ki, Rusiya Federasiya Şurası sonuncu dəfə növbədənkənar iclası 2014-cü il martın 1-də olub. Həmin vaxt parlamentin yuxarı palatası prezident Vladimir Putinə Ukrayna ərazisinə qoşun yeritmək barədə icazə vermişdi. Lakin icazə elə həmin ilin iyulunda ləğv edilmişdi. (AnsP


Teqlər:





Xəbər lenti