Gəmidə ölənlərin sayı 65-ə çatıb

Gəmidə ölənlərin sayı 65-ə çatıb
  04 İyun 2015    Oxunub:1129
Çinin Hubey əyalətində, Yantszı çayında “Şərq Ulduzu” sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 65-ə çatıb.
AzVision.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bundan əvvəl 26 nəfərin öldüyü bildirilirdi.

Hadisə yerində irimiqyaslı axtarış-xilasedici əməliyyat davam edir. Əməliyyata 180-i dalğıclar olmaqla 4 min nəfər, 110 gəmi, 5 helikopter və İL-76 təyyarəsi cəlb edilib.

Son məlumatlara əsasən, Nankin şəhərindən Çuntsinə yollanan gəminin göyərtəsində 456 nəfər olub. İnsanların böyük əksəriyyəti itkin düşmüş hesab edilir.


Teqlər:





Xəbər lenti