Avropa Oyunları CNN-də

Avropa Oyunları CNN-də
  04 İyun 2015    Oxunub:2598
Amerikanın CNN telekanalının saytında Bakıda keçiriləcək I Avropa Oyunlarına həsr olunmuş məqalə dərc edilib.
Məqalədə deyilir: “Bu ay yeni əsrin başlanğıcı qeyd olunacaq – iyunun 12-də Azərbaycanda I Avropa Oyunlarının açılış mərasimi keçiriləcək və bu idman bayramında 6 mindən çox idmançı iştirak edəcək”.

Məqalədə bildirilir ki, I Avropa Oyunları zamanı Olimpiya komitəsinin çoxsaylı təklifləri arasından seçdiyi yeni idman növləri üzrə də yarışlar keçiriləcək.

I Avropa Oyunlarında iştirak edəcək idmançıların stimullarına gəldikdə isə CNN ölkələri üçün medal qazanmaq və 2016-cı il Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarına kvalifikasiya imkanlarını qeyd edilir.

Məqalədə həmçinin deyilir ki, I Avropa Oyunlarının keçiriləcəyi Bakı özündə Şərqin və Qərbin elementlərini birləşdirir. Şəhərdə yeni binalarla yanaşı, qədim memarlıq abidələri, xüsusilə Bakının ürəyi hesab edilən və YUNESKO-nun Dünya Mədəni İrsinə salınmış İçərişəhərin göz oxşadığı vurğulanır.

CNN Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimovun Britaniyanın “The Guardian” qəzetinə verdiyi müsahibəsinə istinadən yazır ki, idman və mədəniyyət ölkəni tanıtmaq üçün ən yaxşı üsuldur: “İdmanın çox sayda insana yol tapmaq sahəsində böyük potensialı var”. (trend)


Teqlər:  





Xəbər lenti