Sərxoş azərbaycanlı rus polisini “sürüdü” – VİDEO

Sərxoş azərbaycanlı rus polisini  “sürüdü” – VİDEO
  04 İyun 2015    Oxunub:2488
Bir neçə dəqiqə ərzində yol hərəkət qaydaları 11 dəfə pozuldu.
Samara vilayətinin polisi (Rusiya) bu gecə gərgin işləməli olub, iş atışmaya qədər gedib çatıb.

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, Yol Patrul xidmətinin bir neçə maşını sərxoş Azərbaycan vətəndaşını təqib etməli olub.

Diqqəti çəkən isə yolda ləngər vuran koreya avtomobili olub. Polisin saxlama barədə əmrinə məhəl qoymayan sürücü sürəti artırıb.

Bir neçə kilometr sonra Avrora küçəsində o, anidən dayanıb, avtomobilə DAM (Dövlət Avtomobil Müfəttişliyi) əməkdaşı yaxınlaşarkən isə, o yenidən qaza basaraq polisi bir neçə metr sürüyüb.

Bundan sonra yol nəqliyyat qaydalarını pozan sürücünün avtomobilinə atəş açılıb.

Araşdırmalardan sonra, polislər həmvətənimizin bir neçə dəqiqə ərzində yol nəqliyyat qaydalarını 11 dəfə pozduğunu müəyyən ediblər.




Teqlər:





Xəbər lenti