Avropada `məmur ovu` - Rasmussen həbs edilə bilər

Avropada `məmur ovu` - Rasmussen həbs edilə bilər
  04 İyun 2015    Oxunub:2523
NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen istintaqa cəlb edilib.
Azvision.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, artıq o, Danimarkanın baş naziri olduğu vaxt verdiyi qərara görə ifadəyə çağrılıb. Araşdırmaya səbəb isə Danimarkanın Əfqanıstan və İraq müharibələrinə necə cəlb edilməsini üzə çıxarmaqdır.

Anders Foq Rasmussenlə yanaşı sabiq xarici işlər naziri Per Stiq Möllerin, Xarici İşlər Nazirliyinin müşaviri Friis Arne Petersenin və digər yüksək vəzifə tutan məmurlar da istintaqa cəlb edilib.

Adları çəkilən şəxslər noyabr ayından etibarən dindiriləcək.

Qeyd edək ki, Danimarkanın İraq müharibəsinə qoşulması bu ölkədə böyük rezonans doğurdu və kəskin etirazlara səbəb oldu. Həmin vaxt Rasmussen Səddam Hüseynin nüvə silahına sahib olduğunu dedi və ölkəsinin bu müharibəyə qoşulmasına çalışdı.


Teqlər:  





Xəbər lenti