Alim Qasımov Kenoudla duet oxudu – VİDEO

Alim Qasımov Kenoudla duet oxudu – VİDEO
  04 İyun 2015    Oxunub:7169
Kenoud ləqəbilə tanınan ud ifaçısı Kənan Tərlanoğlu Xalq artisti Alim Qasımov ilə birgə hazırladığı “Pərişanın mahnısı” adlı yeni layihəsini təqdim edib.

Alim Qasımov tədbirdə qonaqları ifa ilə salamlayıb. Bildirib ki, Kenoudla iş birliyindən çox məmnun olub. Muğam ustasının sözlərinə görə, gənclərlə çalışmaq ona maraqlıdır: “Mahnıya yol gedərkən qulaq asdım. Həmin an Füzulinin qəzəli yadıma düşdü. Mahnıda həmin qəzəli səsləndirdim. Klipin ssenarisini bəyəndim: səfil bir insan həyatı işıqlandırılıb”.

Qeyd edək ki, “Böyük dayaq” filmindən götürülən mahnının ekran həlli rejissor Vüsal Tərlanoğluna həvalə olunub. Klipdə Firdovsi A.Nəbiyev, Lalə Əlimuxtarova, Rəhimə də rol alıblar. Mahnının musiqisi Fikrət Əmirova məxsusdur.

Təqdimatın aparıcısı Lalə Əlimuxtarova bildirib ki, əldə olunmuş razılıq əsasında klip Türkiyənin bir sıra telekanllarında nümayiş etdiriləcək.




Teqlər:





Xəbər lenti