“Euronews” “Bakı-2015”lə bağlı reportaj hazırlayıb

“Euronews” “Bakı-2015”lə bağlı reportaj hazırlayıb
  04 İyun 2015    Oxunub:1965
“Euronews” telekanalı ilk Avropa Oyunları ilə bağlı reportaj hazırlayıb.
Videomaterial boks üzrə komandamızın üzvü, dünya çempionu Cavid Çələbiyevin məşq prosesi və Oyunlardakı hədəfləri barədə fikirləri ilə başlayır.

İndiki mərhələdə psixoloji cəhətdən hazır olmağın vacibliyini qeyd edən C. Çələbiyev öz çəki dərəcəsində planetin ən güclüsü olduqdan sonra kifayət qədər təcrübə qazandığını və Avropa Oyunlarında bundan maksimum yararlanaraq qızıl medal qazanacağına inandığını bildirib.

Süjetdə Avropa Oyunlarının Afrika, Sakit Okean hövzəsi, Pan-Amerika və Afrika Oyunlarına oxşar multi-idman yarışı olduğu diqqətə çatdırılır. “Bakı-2015” Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, idman direktoru Pirs O`Kallahan, açılış mərasiminin rejissoru, yunanıstanlı Dimitris Papaianu, BEGOC-un Bilet Satışı üzrə direktoru Miryam Boqatay Avropa Oyunlarına hazırlıqlarla bağlı fikirlərini bildiriblər. Bakı şəhərinin 2,5 il ərzində Oyunları qəbul etməyə tam hazır olması xüsusi ilə qeyd edilir.


Teqlər:  





Xəbər lenti