DİN müsabiqə elan edib

DİN müsabiqə elan edib
  01 İyun 2013    Oxunub:1338
Müsabiqə iyun ayının 15-dək davam edəcək
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Çevik Polis Alayında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı müsabiqədə iştirak etmək üçün «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnaməyə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı olan, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetrdən hündür kişilər və 170 santimetrdən hündür qadınları dəvət edir. DİN-dən APA-ya verilən xəbərə görə, müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq.

Müsabiqə test imtahanı və müsahibə olmaqla 2 mərhələdə keçiriləcək. Xidmətə qəbul olunmaq istəyən şəxslər 2013-cü ilin iyun ayının 15-dək iş günləri saat 10-dan 17-dək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 69 c ünvanına ərizə ilə müraciət edə bilərlər.

Əlavə məlumat almaq üçün Daxili İşlər Nazirliyinin Çevik Polis Alayına və Baş Kadrlar İdarəsinə 590-96-50, 590-93-27 nömrəli telefonlarla müraciət etmək olar.

AzVision.az


Teqlər:  





Xəbər lenti