Putindən ilginc açıqlama: `Avropa məşuqəmiz olmayıb`

Putindən ilginc açıqlama: `Avropa məşuqəmiz olmayıb`
  06 İyun 2015    Oxunub:2976
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Moskva heç vaxt Avropaya `məşuqə` kimi baxmayıb, həmişə ona `ciddi münasibətlər` təklif edib.
AzVision.az-ın məlumatına görə, bu barədə Putin İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.

Rusiya və Avropa İttifaqı (Aİ) arasında münasibətlər `məşuqəsi tərəfindən atılan sevgiliyə` bənzəmirmi sualına Putin zarafatca bildirib ki, sual olduqca italyansayağı formalaşdırılıb.

`Əgər siz qadınla münasibətlərinizdə öz üzərinizə hər hansı bir öhdəlik götürmürsünzsə, onda öz tərəf müqabilinizdən də sizə qarşı hər hansı bir öhdəlik tələb edə bilmərsiniz”, - deyə Rusiya lideri vurğulayıb.

`Biz heç vaxt Avropya məşuqə kimi baxmamışıq. Biz həmişə ciddi münasibətlər təklif etmişik. İndi məndə elə təəssürat yaranır ki, Avropa bizimlə əlaqələri yalnız maddi əsasda qurmağa çalışıb`, - Rusiya lideri qeyd edib.

Nümunə kimi, Putin üçüncü enerji paketi, atom energetika sahəsində Rusiya məhsullarının Avropa bazarlarına buraxılmaması, Moskvanın addımlarının qanuniliyinin tanınmaması və Postsovet məkanında inteqrasiya birləşmələri ilə əməkdaşlıq etmək istəyinin olmamasını göstərib

`Çünki, Avropa inteqrasiya edəndə bu normaldır, amma əgər biz postsovet məkanında eyni şeyi etməyə çalışırıqsa, bunu Rusiyanın hər hansı bir imperiya yaratmaq cəhdi kimi izah edirlər. Bu cür yanaşmaları anlamıram`, - deyə Putin bildirib.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti