Qadın güləşçilərimizdən 3 qızıl medal

Qadın güləşçilərimizdən 3 qızıl medal
  02 İyun 2013    Oxunub:1596
Güləşçimiz ardıcıl olaraq Finlandiya, ABŞ və Avstriyadan olan rəqiblərini məğlub edib.
Avstriyanın Getsiz şəhərində qadın güləşi üzrə XV Beynəlxalq turnir başa çatıb. Turnirdə iştirak edən qadın güləşçilərimiz 3 qızıl və 2 bürünc medal qazanıb.

59 kq çəkidə mübarizə aparan təmsilçilərimizin hər ikisi medalçılar sırasında yer alıb. Yuliya Ratkeviç bütün rəqiblərindən üstün olub və qızıl medala sahib olub.

Güləşçimiz ardıcıl olaraq Finlandiya, ABŞ və Avstriyadan olan rəqiblərini məğlub edib. Finalda isə kanadalı Mişel Fazzarini üstələyib.

Bu çəkidə digər təmsilçimiz İrina Netreba isə bürünc medal qazanıb. İlk görüşdə kanadalı Mişel Fazzari ilə görüşdən məğlub ayrılsa da, daha sonra təsəlliverici görüşlərdə ABŞ və Fransadan olan rəqiblərini məğlub edərək bürünc medal uğrunda görüşə çıxıb. Həlledici görüşdə finlandiyalı Petra Ollini üstələyən İrina Netreba turniri üçüncü sırada tamamlayıb.
63 kq çəkidə Anna Belyayeva turnirin baş mükafatını qazanıb. Ardıcıl olaraq ABŞ, İsveç, finalda isə kanadalı Daniel Lappageni üstələyən güləşçimiz qızıl medala sahib olub.
67 kq çəki dərəcəsində təmsilçimiz Nataliya Palamarçuk Avstriya, Böyük Britaniya, finalda isə ABŞ-dan olan rəqibi Julia Salatanı məğlub edib və turnirin qızıl medalını qazanıb.
72 kq çəkidə Dina İvanova isə turniri üçüncü sırada, Şəfəq Muradzadə (48 kq) və Anjela Doroqan (51 kq) turniri beşinci sırada tamamlayıb.

Qeyd edək ki, komandamızın üzvləri iyunun 7-dək turnirdə iştirak edən yığma komandaların iştirakı ilə keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılacaq.

Baş məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında heyətdə Şəfəq Muradzadə (48 kq), Anjela Doroqan (51 kq), İrina Netreba (59 kq), Yuliya Ratkeviç (59 kq, ehtiyat), Anna Belyayeva (63 kq), Natalya Palamarçuk (67 kq) və Dina İvanova (72 kq) yer alıb.

AzVision.az


Teqlər:





Xəbər lenti