7 erməni diri-diri yandı – FOTOLAR (VİDEO)

7 erməni diri-diri yandı – FOTOLAR (VİDEO)
  06 İyun 2015    Oxunub:6959
Ermənistanın Lori vilayətində 7 nəfərin ölümü ilə nəticələnən yanğın baş verib.
AzVision.az Erməni KİV-nə istinadən xəbər verir ki, hadisə ötən gecə Taşir-Stepanavan yolunda baş verib.

Məlumata əsasən “Volkswagen Touareg” markalı avtomobil ağaclara çırpılaraq alışıb. Yanğın nəticəsində maşının 1991, 1993 və 1994-cü il təvəllüdlü 7 sərnişini yanaraq ölüb.

Hadisənin baş verdiyi Saratovka administrasiyasının rəhbəri Harnik Madoyan bildirib ki, maşının qarşısına porsuq çıxıb. Nəticədə onu vurmaq istəməyən gənclər idarəetməni itirərək ağaclara çırpılıb. Zərbənin gücündən maşında olan qaz balonu partlayıb. Salonda olan şəxslər diri-diri yanıb. O, həmçinin bildirib ki, yanan şəxslər Amenaprkiç Stepanavan kilsəsinə yollanıblar.

Stepanavan Tibbi mərkəzinin direktoru Robert Koçinyanın sözlərinə görə, maşında olan şəxslərin hamısı hadisə yerində vəfat edib. Yanan şəxslərin cəsədləri hissələr şəklində şəhər meyitxanasına çatdırılıb.

Hadisə nəticəsində ölənlər şəxslərin adı da açıqlanıb: Bunlar 21 yaşlı Vanik Mardoyan, 22 yaşlı Karen Xaçatryan, onun həmyaşıdı Arman Tonoyan, 24 yaşlı Qevork Poqosyan, onun həmyaşıdı Vaaqn Albertyan Lori vilayətindən, biri həmin vilayətin Metsavan kəndindən olan 22 yaşlı Qaspar Qukeyan və 22 yaşlı Yerevan sakini Artur Balyandır.

Hadisə yerinə gələn yanğınsöndürənlər alovu 1 saata söndürüblər. Hazırda Ermənistan polisi faktla bağlı araşdırmalara başlayıb.



Eldar Tanrıverdiyev
Azvision.az

Qalereya




Teqlər:  





Xəbər lenti