Olimpiya stadionumuz - FOTOLAR

Olimpiya stadionumuz - FOTOLAR
  06 İyun 2015    Oxunub:5732
Bakı Olimpiya Stadionu — Azərbaycanın beynəlxalq olimpiya təyinatlı ən böyük tamaşaçı tutumlu stadionudur. Bakının Böyükşor qəsəbəsində, Koroğlu metrostansiyası yaxınlığında yerləşir.
Əsası 6 iyun 2011-ci ildə qoyulub. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini, eləcə də dünya futbol ictimaiyyətinin görkəmli nümayəndələri, federasiya rəhbərləri, futbol veteranları və digər qonaqlar iştirak ediblər.

Paytaxtda öz müasir tikinti üslubu ilə fərqlənəcək və xüsusi gözəlliyi ilə seçiləcək 65 min tamaşaçı yeri olan Bakı Olimpiya Stadionu bu tipli müasir idman qurğuları sırasında özünəməxsus yer tutur. Burada müxtəlif funksiyalı tribunaların, qaçış zolağının və digər infrastrukturun inşası nəzərdə tutulub.

Daxili sahəsi 120,830 kvadratmetr olan stadionda tikinti işləri Beynəlxalq Tikinti Standartına (İBC), UEFA və FİFA standartlarına və Azərbaycanın inşaat normativlərinə uyğun aparılacaq. Stadionun layihələndirilməsi ilə bağlı ilkin işlərə 2008-ci ildən başlanıb.

Dövlət başçısı metal gilizi rəmzi topun içərisinə qoyub. Prezident İ. Əliyev, FİFA və UEFA prezidentləri xatirə topunu imzalayıblar.

Bakı Olimpiya Stadionunun sifarişçisi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, baş podratçısı Dövlət Neft Şirkəti (ARNDŞ), subpodratçı isə “Tekfen İnşaat və təsisat A.Ş” olub. Prosedura uyğun şəkildə layihə sənədləri hazırlanıb və müvafiq qaydada ekspertizadan keçirilib.

Bakı 2015 Avropa Oyunlarının Açılış və Bağlanış Mərasimləri məhz Olimpiya stadionunda keçiriləcək.

AzVision.az Olimpiya stadionunun fotolarını oxuculara təqdim edir.

Azvision.az

Qalereya




Teqlər:





Xəbər lenti