Şahzadə Şarlottanın ilk fotoları

Şahzadə Şarlottanın ilk fotoları
  07 İyun 2015    Oxunub:1936
Kensinqton sarayının Twitter səhifəsində Kembric şahzadəsi Şarlotta Yelizaveta Diananın ilk fotoşəkilləri yer alıb. O, fotolarda böyük qardaşı, şahzadə Corcla birlikdə əks olunub.
AZƏRTAC Vesti informasiya agentliyinə istinadla xəbər verir ki, şahzadələrin şəklini anaları Hersoginya Keyt mayın ortalarında çəkib. #WelcomeToTheFamily haşteqdə yerşəldirilmiş qeydlərdə deyilir: “Biz şahzadə Corcun kiçik bacısı şahzadə Şarlotta ilə ilk fotoşəkillərini paylaşmağa şadıq”.

Şahzadə Şarlotta mayın 2-də Londonda müqəddəs Mariya hospitalında doğulub. O, Böyük Britanıya kraliçası Yelizavetanın beşinci nəticəsidir.

Qalereya




Teqlər:  





Xəbər lenti