Spirtli içki və silah qadağan edildi

Spirtli içki və silah qadağan edildi
  07 İyun 2015    Oxunub:3445
Bu gün Türkiyədə parlament seçkiləri keçirilir.
Seçkilərlə əlaqədar Türkiyə ərazisində spirtli içkilərin satışı qadağan edilib. Ölkə daxilində bu gün saat 06.00-dan 00.00-dək spirtli işkilər satılmayacaq. İctimai yerlərdə alkoqollu içkilərin verilməsi və içilməsi də qadağandır.

Əyləncə mərkəzləri səsvermə bitənə qədər bağlı olacaq, əyləncəli yeməkxanalarda müştəriyə sadəcə yemək satışı olacaq.

Seçkilərlə bağlı daha bir qadağa silah gəzdirməkdir. Polis və asayişin keşikçilərinin xaricində bu gün heç kim silah gəzdirə bilməyəcək.

Radio və hər cür KİV-lərdə axşam saat 18.00-ə qədər seçki və seçkinin nəticələrinə dair təxmin və şərh səslənidirilməyəcək.

Seçkilərlə bağlı digər qadağalar saat 21.00-da başa çatacaq, lakin Ali Seçki Şurası (YSK) bu müddəti azalda və artıra bilər.

Saat 18.00 və 21.00 arasında sadəcə Ali Seçki Şurası (YSK) seçki barədə xəbər və şərh verə biləcək.

Bütün yerli mətbu orqanlarda saat 21.00-dən sonra yayım yasağı başa çatsa da bu, YSK-nın verəcəyi qərar ilə 21.00-dən əvvəl də mümkün olacaq.



Teqlər:  





Xəbər lenti