DÇ-2022 Qətərdən alınır
“Qətər tərəfindən pozuntulara dair dəlillər o dərəcədə aydındır ki, FİFA-nın çempionatı keçirmək hüququnu onun əlindən alıb başqa ölkəyə verməkdən savayı yolu qalmır” - deyə xamın əl-Məcid bildirib.
Xatırladaq ki, Fərda əl-Məcid 2010-cu ildə Qətərin dünya çempionatı üçün sifarişini hazırlamaq üzrə təşkilat komitəsinin üzvü olub. Hazırda o, FTB-nin şahidləri müdafiə proqramı altındadır. Bununla belə, Fərda əl-Məcid həyatına təhlükənin sovuşmadığı qənaətindədir.
“Adamlar var, hesab edirlər ki, mən həddən artıq çox bilirəm. Başqaları mənə nifrət edirlər ki, kartları açmışam, müsəlman qadın ola-ola informator olmuşam” - qeyd edib əl-Məcid.
Xatırladaq ki, hazırda FİFA-da korrupsiya qalmaqalı üzrə 14 nəfər həbs edilib. Lakin informatorun dediyinə görə, bu, hələ son deyil.
Teqlər: