Elnur da duetə qoşuldu: İlk Avropa Oyunları mahnısı fərqli ifada - VİDEO

Elnur da duetə qoşuldu: İlk Avropa Oyunları mahnısı fərqli ifada - VİDEO
  08 İyun 2015    Oxunub:16371
Dünən Dənizkənarı Milli Parkda "Bakı 2015" Avropa Oyunlarına həsr edilən konsert proqramı keçirilib.

`İlk Avropa Oyunları qədim Bakı torpağında` adlı konsert ASAN və BEGOC könüllüləri, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, həmçinin AzTv tərəfindən təşkil olunub.

Tədbirin sonunda xalq artisti Samir Cəfərov, əməkdar artist Sevda Ələkbərzadə və "Eurovision" təmsilçimiz Elnur Hüseynov "İlk Avropa Oyunları qədim Bakı torpağında" adlı mahnını duet şəklində səsləndiriblər. `Natiq-Ritm` qrupu da onları müşayiət edib.

`Üçlük` mahnını həm ingilis, həm də Azərbaycan dilində səsləndiriblər.

AzVision.az




Teqlər:  





Xəbər lenti