ABŞ Britaniyaya nüvə raketi yerləşdirir

ABŞ Britaniyaya nüvə raketi yerləşdirir
  08 İyun 2015    Oxunub:1797
Böyük Britaniya `soyuq müharibə`dən sonra ilk dəfə öz ərazisində ABŞ qanadlı nüvə raketləri yerləşdirməyə hazır olduğunu bildirib.
AzVision.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bu sensasiyalı bəyanatı krallığın xarici işlər naziri Filip Hemmon bildirib.

Hemmon bu mümkün addımı Rusiya ilə münasibətlərdə müşahidə olunan gərginləşmənin artması ilə izah edib
Britaniyalı nazir vurğulayıb ki, bu qərar Vaşinqtonla birgə verilib: “Biz bu məsələdə amerikalılarla sıx əməkdaşlıq edirik”. Nazirin sözlərinə görə, hələlik qərar yalnız müzakirə mərhələsindədir. Hemmon eyni zamanda etiraf edib ki, ABŞ qanadlı raketlərinin Britaniya adalarına qayıtması yeni qızğın silahlanma yarışına səbəb ola bilər.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti